Cari ilin yanvar ayında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 208,5 milyon ABŞ dolları olub.
B0u göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon ABŞ dolları və ya 38 dəfə çoxdur. Belə ki, 2024-cü ilin yanvarında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 5,5 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri 202,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 202,4 milyon ABŞ dolları, yaxud da 2 min 890 dəfə çoxdur. 2024-cü ilin yanvarında Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri 70 min ABŞ dolları idi.
Bəhs olunan dövrdə Çexiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 6,05 milyon ABŞ dollar təşkil edib ki, bu da, illik müqayisədə 674 min ABŞ dolları və ya 12,5% çoxdur. 2024-cü ilin yanvar ayında Çexiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 5,4 milyon ABŞ dolları olub.
Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Çexiyaya ixrac edilən məhsulların dəyəri idxalı 196,4 milyon ABŞ dolları, yaxud da 33,5 dəfə üstələyir.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Çexiya arasındakı ticarət dövriyyəsinin həcmi 1,15 milyard ABŞ dolları təşkil edib. Bu ölkəyə ixracın həcmi 1,088 milyard ABŞ dolları, idxalın həcmi 65 milyon ABŞ dolları olub.
// APress.az