Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində 12 mərtəbəli hoteldə baş verən yanğına görə saxlanılanlar arasında hotelin sahibi Halit Ergül də var.
Apress.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
Bildirilir ki, ümumilikdə 9 nəfər tutulub.
Xatırladaq ki, hadisə nəticəsində 76 nəfər ölüb: Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib.