ABŞ – Rusiya gərginliyi nefti bahalaşdırır – İqtisadçıbackend
İqtisadiyyat
254

ABŞ – Rusiya gərginliyi nefti bahalaşdırır – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil”.
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramlı deyib. O qeyd edib ki, bununla belə, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib:
“Artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır. Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb.

Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq, vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyllərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir”.

Millət vəkili bildirib ki, hələlik qlobal valyuta bazarında “sakitlik” müşahidə olunsa da, regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb.