Ali təhsil haqqında qanun bu il də qəbul olunmadıbackend
Cəmiyyət
200

Ali təhsil haqqında qanun bu il də qəbul olunmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil haqqında” qanun layihəsi bir neçə ildir müzakirə edilir. Bu istiqamətdə ilk müzakirələr 2021-ci ildə başlayıb.

Qanun layihəsi bu il də qəbul edilməyib. Artıq parlamentin sonuncu iclasının vaxtı məlumdur və iclasın gündəliyində sözügedən qanun layihəsi yoxdur.

Bəs qanun layihəsi niyə hələ qəbul edilmir?

Apress.az modern.az- a istinadən xəbər verir ki məsələ ilə bağlı  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, qanun layihəsi ilə bağlı iş tamamilə başa çatıb:

“Ötən dövrdə davamlı olaraq, qanun üzərində işlər aparıldı.Söhbət ondan gedir ki, əvvəlki dövrdən başlayaraq məsələ Elm və Təhsil Nazirliyi, eyni zamanda Azərbaycan universitetləri ilə geniş müzakirə olundu və fikir mübadiləsi aparıldı. Deyə bilərik ki, qanun hazırdı. Proses yekunlaşıb”.

Deputat qanun layihəsinin əhəmiyyətli olduğunu və vaxtı gələndə müzakirəyə çıxarılacağını vurğulayıb:

“Məsələ ondan ibarətdir ki, belə qanunların üzərində davamlı olaraq, iş getməlidir. Qanun bu gün hazır vəziyyətdədir.  Sadəcə zaman məsələsi var. Müəyyən prosedurlardan keçdikdən sonra qanunun qəbulu məsələsinə baxılacaq. Qanun olduqca vacibdir və bizim üçün böyük əhəmiyyət daşıyır. Zamanla bu məsələnin həllini tapması, müzakirəyə çıxarılması görüləcək”.