Rusiya Səhiyyə Nazirliyi koronavirusa yoluxan insanların vaxtından əvvəl qocala biləcəyi haqqında məlumat yayıb.
Publika.az “kp.ru”ya istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin baş sərbəst geriatrik həkimi Olqa Tkaçeva təhlükəli xəstəliyin sonrakı fəsadlarının illərlə davam etdiyini bildirib.
“Koronavirus öz mövqeyindən geri çəkilmir və bəşəriyyəti xoşagəlməz şəkildə təəccübləndirməyə davam edir. Virusun qocalma prosesini sürətləndirmə ehtimalı böyükdür. Bundan əlavə, yaşlı xəstələrdə COVID-19-un əsas simptomlarına əlavə olaraq – qızdırma, təngənəfəslik, öskürək və ya deliriyaya rast gəlmək mümkündür. Deliriya koqnitiv pozğunluq, düşüncə və duyğuların pozulması kimi psixoloji xəstəlikdir. Bəzi alimlər koronavirusu qocalma xəstəliyi adlandırır”, – həkim qeyd edib.
Rusiya APO FMBA Terapiya, Geriatriya və Yaşlanmaya Qarşı Tibb kafedrasının professoru Marqarita Korolyevanın sözlərinə görə, koronavirus infeksiyası yalnız qanın laxtalanması deyil, bütün bədən sisteminin ən incə damarlarının əziyyət çəkdiyi çoxsistemli və çoxsaylı orqan xəstəliyidir.
Ən kiçik arteriya damarları – arteriollar hüceyrələrin yalnız bir qatının – endoteliyanın divarlarına malikdir. Geriatr bildirir ki, endotelial disfunksiya COVID-19 iltihabının fonunda baş verir. Bu zaman arteriolların divarları məhv olur və plazma zülalları hüceyrələrarası boşluğa daxil olur. Hüceyrələrarası boşluğun fibroziyası, yəni elastik olmayan birləşdirici toxuma meydana gəlməyə başlayır. Bu fibroziya yaşla əlaqədar meydana gələn toxumaların qocalması – hüceyrələr arasındakı kollagen elastin əlaqələrin pozulması ilə eynidir. Ekspert bildirib ki, bu zaman toxumalar elastikliyini itirir.