Anasını əvvəlcə boğub, sonra isə 15 bıçaq zərbəsi VURDUbackend
Dünya
402

Anasını əvvəlcə boğub, sonra isə 15 bıçaq zərbəsi VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla şəhərində dəhşətli  ailə faciəsi baş verib.  

Unikal.org xəbər verir  ki, 29 yaşlı H.P. mübahisə etdiyi anasını əvvəlcə boğub,  daha sonra isə 15 bıçaq zərbəsi vuraraq öldürüb. Belə ki,  cani övlad  anasını  öldürdükdən sonra saatlarla  onun cansız cəsədini  izləyib. Dava zamanı  evdən qışqırıq səsləri eşidən qonşular polisə  xəbər verib. Hadisə yerinə  gələn polis  isə  şəxsi  yerindəcə  həbs edib.

O, polis  bölməsinə aparılıb. 29 yaşlı H.P.  ilkin dindirilmə  zamanı qəribə  ifadə verib.  Belə  ki, “Heç nə xatırlamıram, bunu niyə etdiyimi də bilmirəm” – deyə  açıqlama verib.  Şəxsin barəsində qətimkan tədbiri  seçilib.  Araşdırma aparılır.