Ultra nazik dizaynı və güclü xüsusiyyətləri ilə seçilən bu yeni model istifadəçilərin gözləntilərini qarşılamaq üçün hazırlanıb.
Sızıntılar və vizual görüntülərlə ortaya çıxan \”İphone 17 Air\” \”Apple-ın dizayn və texnologiyanı birləşdirdiyi bir model olaraq diqqət çəkir.
\”İphone 17 Air\” \”Apple\”nın incə və dəbli dizaynlarına sadiq qalaraq zərif görünüş təqdim edir. 6,6 düymlük OLED ekran 120Hz yeniləmə sürəti ilə səlis və canlı vizual təcrübə təqdim edir, ultra nazik çərçivələr isə ekranın daha geniş əraziyə yayılmasına imkan verir. Titan çərçivə həm davamlılıq, həm də yüngüllük təklif edərək cihazın istifadə rahatlığını artırır.
\”İphone 17 Air\”in arxasında tək lens var. Bu dizayn minimalist görünüş təmin etsə də, 48 MP ayırdetmə sensoru və qabaqcıl proqram alqoritmləri ilə yüksək keyfiyyətli foto və video çəkməyi mümkün edir.
\”İphone 17 Air\” şirkətin ən son prosessoru A19 ilə təchiz edilib. Bu güclü prosessor oyunları, multimedia və digər proqramları rəvan işləmək üçün lazım olan performansı təmin edir. Əlavə olaraq, 8 GB RAM ilə proqramlar arasında keçid daha sürətli və hamar olur.
Bu model həm də uzun batareya ömrü ilə seçilir. Bütün gün istifadə üçün kifayət qədər batareya gücünə malik olan cihaz, sürətli enerji doldurma texnologiyası ilə də istifadəçilərin vaxtlarını daha səmərəli istifadə etmələrini təmin edir.
Sözügedən marka 128 GB, 256 GB və 512 GB yaddaş variantları ilə təklif olunacaq. Cihazın qiymətinin 899 dollar civarında olacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən smartfon \”Apple\”nin minimalist dizayn yanaşmasını güclü performans və qabaqcıl kamera xüsusiyyətləri ilə birləşdirən modeldir.
// APress.az