Aprelin1-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü olan xanım sahibkarların Yaponiya iş xanımları ilə görüşü keçirilib. Tədbirin açılışını edən AQSİA İdarə Heyətinin üzvü, İcraçı katib, Əməkdar jurnalist Mətanət Ağamirli tədbir iştirakçılarına Yaponiyadan gələn iş xanımları ilə bağlı qısa məlumat verib.
Vurğulayıb ki, yapon xanımların Azərbaycana səfərinin məqsədi, öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, islam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: “Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar.Eyni zamanda ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar”.
Daha sonra tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış ediblər. Yumiko Nakano bildirib ki, bu qədər gözəl xanımların bura toplanması həqiqətən də çox gözəl bir şeydir və Azərbaycan xanımları çox gözəldirlər:” Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycanda xanımların geyim tərzi, baxım məhsullarından istifadə mədəniyyəti məni valeh etdi. Azərbaycana ilk dəfə gəldiyim üçün bilmədyim çox şey var. Bundan sonra mən onları sizlərdən öyrənəcəyəm. Düşünürəm ki, Azərbaycana yenə gələcəm. Hazırda biz öz brendimizin Azərbaycan xanımlarına tanıtmaq istəyirik”.
İşgüzar səhər yeməyindən sonra Yumiko Nakanonun qızı Riqia Nakano təqdim etdikləri brend məhsulu haqqında geniş məlumat verib və məhsulla qonaqları tanış edib.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.