1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Xətai rayonunda 3 saylı uşaq evini ziyarət ediblər.
AQSİA üzvləri uşaqları bayram münasibətilə təbrik edib, onlarla maraqlı müzakirələr aparıblar. Uşaqlara sahibkar olmağın sirləri, karyera uğurları barədə tövsiyyələrini verən Assosiasiya üzvləri qeyd ediblər ki, Azərbaycanda uşaqlara qayğı dövlət siyasətinin vacib istiqamətlərindəndir.
Daha sonra “Agro Mix” şirkətinin adından uşaqlara bayram sovqatı paylanıb. Maraqlı görüş, diqqət, qayğı üçün Uşaq evinin rəhbərliyi və sakinləri AQSİA üzvlərinə, sahibkarlara təşəkkürlərini bildiriblər.
// SOSİUM.az