Arzu Heydərovanın “Göyəçöl ziyalıları” kitabının təqdimatı keçirilib – VİDEObackend
Banner
802

Arzu Heydərovanın “Göyəçöl ziyalıları” kitabının təqdimatı keçirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair-publisist, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” Ali Media Mükafatı laureatı Arzu Heydərovanın təqdimatında “Göyəçöl ziyalıları” kitabı işıq üzü görüb. Bakıda baş tutan kitabın təqdimat mərasimində Göyəçöl kəndinin paytaxtda, respublikanın hüdudlarından kənarda, kənddə yaşayan sakinləri, habelə ölkəmizin tanınmış ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri, mətbuat nümayəndələri iştirak edib.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, ulu öndər Heydər Əliyevin, kitabın ideya müəllifi mərhum Nizam Məmmədovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Milli Məclisin Masallı rayonundan olan deputatları Məşhur Məmmədovun, Anar İsgəndərovun və Musa Qasımlının təqdimat iştirakçılarına müraciəti oxunub. Millət vəkilləri rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq obyektiv səbəbdən mərasimdə iştirak etmək imkanında olmadıqlarını bildiriblər. Deputatların müraciətində bu cür kitabların vacib və tərbiyəvi əhəmiyyətindən bəhs olunub.

Təqdimat mərasimində giriş nitqi söyləyən müəllif Arzu Heydərova bildirib ki, “Göyəçöl ziyalıları” kitabı bu kəndin sakini, uzun müddət rayonda yüksək vəzifələrdə çalışmış Nizam Məmmədovun təşəbbüsü ilə ərsəyə gəlib: “Çox təəssüf ki, kitabın təqdimatına bir ay qalmış Nizam müəllim qəflətən vəfat etdi. Onun ən böyük arzusu bu kitabın təqdimat mərasimində iştirak etmək idi. Çox təəssüf ki, nəsib olmadı” – Heydərova vurğulayıb.

Əlavə edib  ki, kitab 520 səhifədən ibarət 500 nüxsə ilə nəfis tərtibatda dərc olunub. O qeyd edib ki, kitabda Göyəçöl kəndinin tarixi, mədəniyyəti, tanınmış ziyalıları ilə bağlı məqamlar yer alıb. Müəllifin sözlərinə görə, kitab Nizam Məmmədovun təşəbbüsü, istefada olan polkovnik Ağasəf Bayramovun, xeyriyyəçi iş adamları Təzəzan Bayramovun və Xudayar Rəhimovun dəstəyi nəticəsində ərsəyə gəlib. Arzu Heydərova kitabın növbəti təqdimatının N.Həsənov adına Masallı rayonu Göyəçöl kənd orta məktəbində baş tutacağını söyləyib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, Daxili İşlər Nazirliyi İctimai Şurasının sədri, keçmiş deputat Əliməmməd Nuriyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri, xeyriyyəçi iş adamı Arzu Bağırova, Azərbaycan Qiymətləndiriciilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türk Dünyası Yazarlar Birliyinin baş katibi, professor Rəsmiyyə Sabir, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, AZTV-nin əməkdaşı, əməkdar jurnalist Mətanət Əzimova, tanınmış jurnalistlər – Cəsarət Hüseynzadə, Fərid Şahbazlı, Əfsəllədin Ağalarov, AYB-nin üzvü, Niderland-Azərbaycan diaspor cəmiyyətinin fəal nümayəndələrindən biri, şair-publisist Yasəmən Qara, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, AYB-nin üzvləri – Əhməd Haqsevər, Valeh Heydər və Nazim Əhmədli kitabla bağlı təəsüratlarını bölüşüb, Arzu Heydərovaya yaradıcılığında uğurlar arzulayıblar.

Kitabın müəllifi mərhum Nizam Məmmədovun qızı, kənd sakinləri  – “Yüksəliş” müsabiqəsinin qalibi Ülkər Mustafalı, qocaman pedaqoq Vaqif Şükürov, ehtiyatda olan polkovnik Ağasəf Bayramov, iş adamı Təzəxan Əmənov, Qulu Əbülfəzov, Xudayar Həsənov, Ramiz Əsgərov, Şirbala Feyzullayev, Kərim Nuriyev, Limanə Süleymanova, Faiq İsazadə, Əyyar İsayev və digər natiqlər kitabı ərsəyə gətirdiyinə görə, müəllif Arzu Heydərovaya təşəkkürünü bildiriblər.

Qeyd edək ki, bu müəllifin sayca dördüncü kitabıdır. “Bumeranqın qayıdışı” adlı povest və şeirlər, “Dünyanın yaxşıları” adlı hekayələr, şəhidlərə həsr olunmuş “Müqəddəs zirvənin fatehləri” kitablarının, “Xəyallarda görüşək” və  “Ədəbiyyat yolçuları” adlı antologiyaların ideya müəllifi, tərtibçisi və həmmüəllifidir.