Avrasiya qiymətləndiriciləri Xanhüseyn Kazımlını təbrik edibbackend
Gündəm
565

Avrasiya qiymətləndiriciləri Xanhüseyn Kazımlını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya Qiymətləndiriciləri Assosiasiyaları Şurasının sədri, Beynəlxalq Mühəndislik Akdemiyasının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının xarici üzvü, CEO H.Y.Trifonov şuranın üzvləri adından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin keçmiş sədri, professor Xanhüseyn Kazımlını təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Xanhüseyn Hüseynağa oğlu!

Sizi 80 illik yubileyiniz münasibətilə Avrasiya Qiymətləndiriciləri Assosiasiyaları Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!

Postsovet məkanında qiymətləndirmə fəaliyyətinin inkişafına verdiyiniz böyük töhfəni qiymətləndirmək çətindir. Uzun müddət Milli Məclisin deputatı, Azərbaycan Ədalət Partiyasının sədri, iqtisad elmləri doktoru, professor, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin “Qiymət və qiymətləndirmə” kafedrasının müdiri, Azərbaycan dilində ilk qiymətləndirmə dərsliyinin müəllifi olaraq, siz Azərbaycanda müstəqil qiymətləndirmənin yaradılması və inkişafı üçün bütün səlahiyyət və təcrübənizi sərf etmisiniz.

Siz MDB-nin Qiymətləndiriciləri Assosiasiyaları Şurasının təsisçilərindən biri olmusunuz, 2003-2004-cü illərdə bu beynəlxalq birliyə uğurla rəhbərlik etmisiniz, 2015-2021-ci illərdə yenidən təşkil olunmuş Avrasiya Qiymətləndiriciləri Assosiasiyaları Şurasının sədri olmusunuz. Siz altı dəfə qonaqpərvər Azərbaycanda Avrasiya qitəsinin hər yerindən qiymətləndiricilər toplamısınız. Onlar bunu xatırlayır və bununla fəxr edirlər.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, cansağlığı, uzun ömür arzulayıram.

Qeyd edək ki, Xanhüseyn Kazımlı uzun  müddət ictimai-siyasi və elmi fəaliyyətlə məşğul olub. İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Sosial Rifah Partiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ilk sədr olub. İqtisad elmləri doktoru, professordur. “Şöhrət” ordeni ilə təltif edilib. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir.