Avropa İttifaqı Ermənistanı növbəti “Dəmir Yumruğ”a sürükləyirbackend
Banner
706

Avropa İttifaqı Ermənistanı növbəti “Dəmir Yumruğ”a sürükləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistana mülki missiya göndərir. Rəsmi açıqlamada qeyd olunur ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Azərbaycanın razılığı olmadan Avropa İttifaqının qərarı hansı nəticələrə gətirib çıxara bilər?

1. Ötən ilin oktyabrında Avropa İttifaqı iki aylıq analoji missiya göndərmişdi. İki aylıq fəaliyyətin məntiqi nəticəsi olaraq bu missiyanın sülhyaratma və sərhədlərin delimitasiya prosesinə heç bir töhfə vermədiyi, bu istiqamətdə heç bir rolu olmadığı ortaya çıxdı. O zaman hər kəsi düşündürən sual da bu idi – əgər missiya heç bir təsir alətinə malik deyilsə, o zaman niyə gəlmişdilər. Avropa İttifaqı Şurasının son qərarı əminliklə söyləməyə əsas verir ki, əslində məqsəd gələcəkdə daimi yerləşməni təmin etmək və buna zəmin yaratmaq imiş.

2. Şuranın qərarında elan olunur ki, mülki missiya Ermənistan ərazisində yerləşdiriləcək və bu ölkənin sərhədlərində patrul xidmətini həyata keçirəcək. 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası həyata keçirilməyib. Belə olduğu təqdirdə Avropa İttifaqı necə müəyyən edəcək ki, patrul xidməti həyata keçirdikləri ərazi Azərbaycana, yoxsa Ermənistana aiddir?

3. Azərbaycan ərazilərində ikitərəfli razılıq olmadan patrul xidməti həyata keçirən avropalılar ölkəmizin sərhəd pozulması hallarına qarşı mübarizəsini necə qarşılayacaq? Müstəqil dövlətin sərhədlərini pozması cəhdini necə əsaslandıracaq? Sərhəddə təxribat yaranacağı təqdirdə üzərinə məsuliyyət götürən Ermənistan bunu necə önləyəcək? Hansı əsasla iki ölkə arasında davam edən münaqişəyə bir tərəfin rəyi olmadan nəzarəti həyata keçirəcəklər?

4. Beynəlxalq təcrübəyə görə, mülki müşahidə missiyası patrul xidməti həyata keçirə bilməz. Azərbaycanın razılığı olmadan və delimitasiya prosesi həyata keçirilmədən bu necə baş verəcək? Kim zəmanət verir ki, onlar sabah Ermənistanın sərhədləri adı altında Azərbaycanın ərazilərinə daxil olmayacaqlar.

Avropa İttifaqının məqsədi nədir?

1. Fransa nəyin bahasına olursa-olsun Cənubi Qafqazda yerləşmək niyyətindədir. Dəfələrlə bunu “Soros uşağı” Paşinyanın vasitəsilə gündəmə gətirsələr də, nəticənin olmadığını görüb, birtərəfli qaydada qərar qəbul etməli olublar. Təəssüf ki, Makron avropalı müttəfiqlərini də razılaşdıra bilib və Fransa müstəmləkəçilik siyasətini bu dəfə Cənubi Qafqazda davam etdirmək niyyətindədir.

2. İstisna olunmur ki, mülki missiya adı altında xüsusi xidmət orqanlarının əməkdaşları əraziyə cəlb olunacaq. Burada isə iki məqsəd ola bilər. Ermənistanın sayəsində regiona nəzarəti təmin etmək, gələcəkdə missiyanın ömrünü daha bir neçə il uzatmaq ərazidə daimi yerləşmək, digər səbəb isə Rusiyanı sıxışdırmaq. 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin ərazidəki missiyası başa çatır. Avropa İttifaqının da iki illik mülki missiyası həmin tarixdə bitəcək. Əlavə şərhə ehtiyac yoxdur.

3. Avropa İttifaqı Türkiyə-Azərbaycan müttəfiqliyi fonunda Fransa-Ermənistan həmrəyliyi fonunda zühur etməyə çalışır. Ermənistanı İranla da qardaşlığa sürükləyirlər ki, regionda “suyu bulandırsınlar”. “Suyu bulandır ki, balığı tuta biləsən” misalında olduğu kimi, imperalist Fransa zəifləməkdə olan Rusiyanın regiondakı yerini tutmağa çalışır. Belə məqamda kim işə yaraya bilər – əlbəttə ki, rupor. Rusiyanın ruporu Ermənistan bu dəfə Fransanın ruporu rolunda çıxış edir. Necə deyərlər – … … tövbə yoxdur…

Müəllif: Azər Niftiyev