Avropa Komissiyası (AK) bu il “Brent” markalı neftin orta qiymətini bir barelə görə 63,9 ABŞ dolları səviyyəsində gözləyir.
“APA-Economics”in məlumatına görə, bu barədə qurumun “Spring 2021 Economic Forecast: Rolling up sleeves” adlı iqtisadi proqnozlara aid yaz nəşrində bildirilir. Bu, AK-nın qışda verilən proqnozundan 16,8% çoxdur. 2022-ci il üçün isə yenilənmiş proqnoz 61,6 dollar səviyyəsində göstərilib.
Qeyd edək ki, Dünya Bankı da apreldə 2021-ci il üçün qlobal bazarda xam neftin orta qiyməti üzrə proqnozunu 28,4% qaldıraraq 56 dollara çatdırmışdı. Banka görə, 2022-ci ildə neftin orta qiymətinin bir qədər də artaraq 60 dollara çatacağı gözlənilir. Lakin, bu, ötən proqnozla müqayisədə 6,5% azdır.
Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.