Avropadakı sərt karantin dolları bahalaşdırırbackend
İqtisadiyyat
211

Avropadakı sərt karantin dolları bahalaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ayda dolların aparıcı valyutalara qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir.

 

APress.az beynəlxalq birja məlumatlarına istinadən xəbər verir ki, dolların aparıcı 6 valyutaya qarşı ortaq məzənnəsini ifadə edən Dollar İndeksi fevralın 25-dən ötən müddətdə 3 faiz yüksəlib. Fevralın 25-də 90 olan indeks hazırda 92,7 səviyyəsindədir.

 

 

Dolların bahalaşması 2 səbəblə izah edilir. Birinci əsas səbəb Avropa Birliyində Covid-19 virusunun yayılma sürətinin güclənməsi və bununla əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsidir. Karantin rejimi sərtləşdirildiyindən Avropa Birliyi ölkələrində iqtisadi fəallıq aşağı düşüb və nəticədə avronın məzənnə dəyəri zəifləyib.

 

 

Avro zəiflədiyindən dollar avtomatik olaraq bahalaşıb. Çünki dollar İndeksinin səviyyəsi müəyyən edilən zamanı əsas göstərici kimi avronun kursu götürülür. Avro gücləndikdə dollar ucuzlaşır, avro zəiflədikdə isə əks hal baş verir.

 

 

Dolların bahalaşmasına təsir göstərən ikinci səbəb ABŞ-da iqtisadi göstəricilərin yaxşılaşmasıdır. ABŞ-da işsizliyin azalması, eyni zamanda sonuncu rüblə bağlı açıqlanan məlumatların pozitiv olması dolların dəyərini yüksəldir.

 

 

Hazırda avro/dollar məzənnəsi 1,18 səviyyəsindədir. Bir ay əvvəl məzənnə 1,21 idi. Ötən müddətdə avro dollara nəzərən 2,5 faiz ucuzlaşıb.

Avronun ucuzlaşması Azərbaycanda da müşahidə edilir. Bir ay əvvəl avronun manata qarşı rəsmi məzənnəsi 2,07 olduğu halda hazırda 2,026-dır.

Sfera.az