Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdibackend
Cəmiyyət
404

Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimov vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat yayıb.
Məlumata görə, Aydın İbrahimov koronavirusdan müalicə aldığı “Yeni Klinika”da dünyasını dəyişib.
“Biz ailəliklə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya çempionumuza göstərdikləri diqqətə görə təşəkkür edirik. Siz bizimlə oldunuz və bu xəstəliyin öhdəsindən gələ bilməsi üçün hər şeyi etdiniz”, – deyə N. Məmmədova paylaşımında yazıb.
Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi” Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!