Az yatanlara ÜZÜCÜ XƏBƏR: Bu yaşdan sonra ağıl itə bilərbackend
Maraqlı
433

Az yatanlara ÜZÜCÜ XƏBƏR: Bu yaşdan sonra ağıl itə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə alimləri orta yaşlı yetkinlər üzərində apardıqları araşdırma ilə 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu üzə çıxarıblar.

APress.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın yazır.

Qeyd edilib ki, araşdırma gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların növnəti dövrlərdə ağlını itirmə ehtimalı eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.

Ağlını itirmə kimi zehni sağlamlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.

Alimlərin bir qrupu isə az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.

İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplayıblar. Növbəti yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.

Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir.