AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYAbackend
Cəmiyyət
150

AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

 

Bu barədə Apress.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.