Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.
Apress.az xəbər verir ki, nəticələrə əsasən, Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.
4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.
*Hədəf saydan daha az şagirdin və məktəbin tədqiqatda iştirak etdiyi ölkələr.
8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticəmiz isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticəmiz isə ortalamadan aşağı olub.