Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başlayıb – FOTOLARbackend
Manşet
636

Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başlayıb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Marriott Hotel Boulevard”da Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən klubun sədri Gülpəri Bayramova bildirib ki, qurumun yaradılmasında əsas məqsəd sahibkarlar arasında işgüzar, faydalı və qarşılıqlı münasibətlərə nail olmaqdır. O söyləyib ki, ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, işgüzar sferada təmsil olunan sahibkarlar BPC-də təmsil oluna bilərlər. Xaricdə yaşayan azərbaycanlı sahibkarların da qatılacağı klubun əsas fəaliyyət istiqaməti ixrac prosesini və “Made in Azerbijan” brendini təşviq etmək, xarici bazarlara çıxışın təmin olunması, dövlət qurumları ilə özəl sektor, habelə müxtəlif təsisatlar arasında münasibətləri inkişaf etdirmək, biznes subyektləri arasında həmrəyliyə nail olmaqdır.

Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ideyasının bir neçə ay öncə ərsəyə gəldiyini və gözlənildiyindən də böyük maraqla qarşılandığını qeyd edən G.Bayramova əlavə edib ki, klubun İdarə Heyətinin üzvləri müxtəlif biznes sahələrində ciddi uğurlara imza atmış iş adamlarıdır: “Beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətindəyik və ABŞ-a son səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu məsələ əsas müzakirə mövzusu olub. Azərbaycanda assosiativ ticari assosiasiyaların və klubların sayının sürətlə artdığı, gərgin rəqabətin hökm sürdüyü mövcud şəraitdə fərqlənə biləcəyimizə, uğurlu layihələr həyata keçirəcəyimizə əminəm” – Bayramova qeyd edib.

“İctimai hesabatlılıq fəaliyyətimizin başlıca prinsiplərindən biridir” deyən BPC sədri klubun İdarə Heyəti üzvlərini ictimaiyyətə təqdim edib:

Gülpəri Bayramova – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri. “Agromix” şirkətinin təsisçisi. Şirkət meyvə və tərəvəz məhsullarının idxalı, ixracı, daşınması və istehsalı istiqamətində fəaliyyət göstərir. Paytaxtın aparıcı marketlər şəbəkələrini gündəlik meyvə və tərəvəz məhsulları ilə təhciz edir.

G.Bayramova bu günə qədər bir çox beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, müxtəlif innovativ layihələrin həyata keçirilməsinə rəhbərlik edib. “Caspian Energy Club”, Azərbaycan Sahibkarlar Konfedrasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü olub. Aqrar ekspert olaraq bu sahənin imkanları və problemləri ilə bağlı mətbuatda yüzlərlə açıqlaması dərc olunub.

Turan Özbahceci – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Port Baku Bazar”, “Araz”, “Neptun”, “Rahat” supermarketlər şəbəkələrinin və digər brend biznes layihələrinin qrucusu olub.

“Bolmart”, “Grandmart”, “Megastore”, “Bizim Market” supermarketlər şəbəkələrinin, “Azcake”, “Rafa Group”, “Baqqal” və digər brendlərin həmtəsisçisidir. Yüzlərlə biznes layihəsinin əsasında Özbahçeci imzası dayanır və bir iş adamı olaraq mütəmadi olaraq gənclərə biznes təlimləri verir.

Vüqar Oruc – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Vecon” şirkətlər qrupunun təsisçisi. Rəhbəri olduğu şirkətlər qrupu qiymətləndirmə sahəsində fəaliyyət göstərir və dörd şirkəti öz ətrafında birləşdirir. Dövlət qurumları, maliyyə təsisatları ilə əməkdaşlıq edir, müxtəlif beynəlxalq təşkilatların üzvüdür.

Eyni zamanda 60 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədridir. İqtisadçı ekspert olaraq mətbuatda müntəzəm açıqlamalarla çıxış edir. Bir neçə dəfə “ilin qiymətləndiricisi” nominasiyası üzrə təltif olunub.

Vəsilə Abulova – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “CVM Jewellery” və “Vəsfi Xare” şirkətlərinin təsisçisi və direktoru, “Gizianin” brendinin Azərbaycanda rəsmi tərəfdaşıdır. “Umay Türk Dünyası Qadınlarına Dəstək” İctimai Birliyinin sədridir.

Uzun müddət dövlət qurumlarında və aparıcı şirkətlərdə baş mühasib və maliyyə müdiri olaraq fəaliyyət göstərib. Azərbaycanda qadın sahibkarlığının inkişafına mühüm töhfələr verib.

Rahib Mustafayev – “Enersol”, “AzEnergo Servis”, “İMB Group”, “AzGiant Construction Serbia”, “Az-Pak Design and Consulting Pakistan” şirkətlərinin həmtəsisçisi və bir neçə xarici şirkətin İdarə Heyətinin üzvüdür. Xarici şirkətlərin biznesinin təşviqi və irimiqyaslı investisiyaların cəlb olunması istiqamətində xidmət göstərir.

15 ildən artıq müddətdə dövlət və xarici təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya Bankı və digər beynəlxalq donor təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrin idarə edilməsində beynəlxalq təcrübəyə malikdir.

Raqıp Sarı – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. İT (informasiya texnologiyaları) sektorunda fəaliyyət göstərən “Birtech” və “Qızıl proqram” şirkətlərini təmsil edir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviridir. Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb.

42 ildir psixoloq-pedaqoq kimi fəaliyyət göstərir və həm Azərbaycanın, həm də Türkiyənin dövlət və özəl təsisatlarına psixoloji konsultasiya xidmətləri həyata keçirib. Psixoloq olaraq mətbuatda müntəzəm məqalələlərlə çıxış edir.

Azər Niftiyev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Sosial Media Mərkəzi”nin direktorudur. Rəhbəri olduğu şirkət PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular, seçki texnologiyası istiqamətində fəaliyyət göstərir. Milli Məclisin deputatlarına, dövlət qurumlarına və biznes subyektlərinə qeyd olunan xidmətləri göstərir.

20 ildən artıqdır ki, mətbuat nümayəndəsidir. Ölkənin aparıcı qəzetlərində rəhbər vəzifələr daşıyıb, müxtəlif xəbər portallarının rəhbəri olub. Trend beynəlxalq informasiya agentliyinin Azərbaycan redaksiyasında baş redaktorun birinci müavini işləyib. Müxtəlif media layihələrinə müəlliflik edib.

Orxan Rzayev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Mediamark Digital” şirkətinin və mərkəzi ofisi İsveçdə yerləşən mobil oyun şirkəti – “Eleven Kings” startapının təsisçisidir.

Azərbaycanda və ABŞ-da rəqəmsal marketinq və PR xidmətləri verir. Şirkətin səhmdarı və siması  futbol ulduzu Ronaldinyodur. Dünyanın mütəlif ölkələrində səfərlərdə olub. Azərbaycan həqiqətlərinin ABŞ-da stendlər vasitəsilə yayımını həyata keçirib. Şirkət dünyanın aparıcı media qurumlarına çıxışı təmin edir.

Tural Əfəndiyev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri. “Dokuz Eylül” Universitetinin doktorantıdır.

Azərbaycanda tarix və coğrafiya ixtisasları üzrə bakalavr, İstanbulda idarəetmə ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafına, habelə biznes əlaqələrinin qurulmasına töhfələr verib. Azərbaycan Sahibkarlar Konfedrasiyasında (ASK) təmsil olunur.

Günel Zeynalzadə – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “HG Group”un təsisçi direktoru , “Zaf” şirkətinin həmtəsisçisi,  “HG Print”, “HG Dijital”, “HG Sketch” şirkətlərinin təsisçisidir.

Biznes fəaliyyətinə qədər jurnalistika və reklam sahəsində fəaliyyət göstərib. Aparıcı media resurslarında və şirkətlərdə rəhbər vəzifələr tutub.