Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb, xərclər isə artıbbackend
Maliyyə

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb, xərclər isə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycana idxal olunan əczaçılıq məhsullarnın miqdarı 2,7 min ton olub.

Bu miqdarda məhsulun idxal xərci 51,8 milyon ABŞ dolları təşkil edib.

Əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 000 ton və ya 27,8% azalıb, dəyər ifadəsi ilə 6,4 milyon ABŞ dolları 14% artıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana idxal edilən əczaçılq məhsullarının miqdarı 3,7 min ton, dəyəri isə 45,4 milyon ABŞ dolları idi.

Qeyd edək ki, ötən ay idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,53%-ni təşkil edib.

// APress.az