Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıbbackend
İqtisadiyyat

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 109 milyon dolları keçib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar ayında ölkənin ümumi xarici ticarət dövriyyəsi 2 milyard 8 milyon ABŞ dolları təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artım deməkdir.

Yanvar ayında Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ABŞ, Birləşmiş Krallıq və Rusiya ön planda olub. Azərbaycan isə 109 milyon dollarla altıncı sırada qərarlaşıb. Bu, iki ölkə arasında güclü iqtisadi əlaqələrin davam etdiyini və ticarət əməkdaşlığının inkişafını göstərir.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 23,4 milyard dollar olub.

// APress.az