Avropa çempionatının final mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası avqustun 22-də Rusiya yığması ilə qarşılaşıb. Millimizin kapitanı Ayşən Abdulazimova isə bu matçda komandamıza kömək edə bilməyib.
APress.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, oyunçu avqustun 21-də Bosniya və Herseqovina millisinə qarşı keçirdiyi oyun zamanı zədələnib. Müayinədən sonra məlum olub ki, voleybolçunun hücum zamanı bel əzələsi dartılıb. Bu səbəbdən həkim A.Abdulazimovaya bir neçə gün müalicə almalı olduğunu bildirib.
Qeyd edək ki, millimiz həm Bosniya və Herseqovina, həm də Rusiya yığmasına 0:3 hesabı ilə məğlub olub.