2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 1 milyon 316 min dollar həcmində 525,3 ton pambıq iplik edilib. Pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 190 min dollar və ya 16,9%, miqdar ifadəsində isə 74 ton, başqa sözlə, 16,4% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 126 min dollar dəyərində 451 ton pambıq iplik ixrac edilmişdi.
Qeyd edək bu ilin ilk ayı əzində ixrac edilən pambıq ipliyin 1 kiloqramının orta ixrac dəyəri 4,28 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,24 manat idi. Bu da illik müqayisədə 4 qəpik və ya 0,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,04%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,54%-i pambıq liipliyin payına düşüb.
// APress.az