Azərbaycan qaz ixracını kəskin artırıbbackend
İqtisadiyyat
259

Azərbaycan qaz ixracını kəskin artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 357 692,34 min ABŞ dolları dəyərində 3 318 506,3 min kubmetr təbii qaz ixrac edib.

APress.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk iki ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3 dəfəyə yaxın, həcmi isə 2,4 dəfə artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır.