Azərbaycan şəkər ixracından gəlirini 36%-ə yaxın artırıbbackend
İqtisadiyyat

Azərbaycan şəkər ixracından gəlirini 36%-ə yaxın artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvarında Azərbaycandan 1,4 milyon ABŞ dolları dəyərində 2,1 min ton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 369 min ABŞ dolları və ya 35,6%, həcm ifadəsində isə 723 ton və ya 51,6% çoxdur.

Hesabat ayında sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında 0,05%, qeyri-neft sektoru üzrə ixracında isə 0,57% paya sahib olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

// APress.az