Cari ilin yanvar ayında Azərbaycandan xaricə 3,5 milyon tonmiqdarında, 1,9 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Gömrük Komitəsinin məlumatlarına əsasən apardığıhesablamalara görə, bu göstəricilər ötən ilin ilk ayı iləmüqayisədə miqdar ifadəsi ilə 2 milyon ton və ya 2,4 dəfə, dəyərifadəsi ilə 1 milyard ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 1,5milyon ton miqdarında, 863 milyon ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Bu dövrdə ən çox neft İtaliyaya satılıb. Bu ölkəyə 1,7 milyonton miqdarında, 932 milyon ABŞ dolları dəyərində neft ixrac edilib.İxrac edilən neftin bir tonu üçün orta qiyməti 552,6 ABŞ dollarıolub.
Ən az və ən ucuz xam neft isə 8,6 min ton miqdarında, 8,2 milyonABŞ dolları dəyərində Türkiyəyə satılıb. Türkiyəyə ixrac edilənbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının birtonu üçün orta qiyməti 489,4 ABŞ dolları təşkil edib.
Ən bahalı neft satılan ölkə Rumıniya olub. Ötən ay bu ölkəyə184,5 min ton miqdarında, 105 milyon ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Satılan neftin bir tonu üçün orta qiymət 568 ABŞ dolları olub.
Azərbaycandan bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları ixrac edilən ölkələr və onun qiymətləri ilə aşağıdakıcədvəldən tanış ola bilərsiniz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir ton üçün orta qiymət (ABŞ dolları) |
İtaliya | 1 687 729.60 | 932 715.48 | 552,6 |
Almaniya | 409 959.01 | 223 278.37 | 544,6 |
Çexiya | 364 669.21 | 202 264.30 | 554,6 |
Xorvatiya | 338 948.76 | 188 199.24 | 555,2 |
Portuqaliya | 215 986.35 | 109 076.82 | 505 |
Rumıniya | 184 525.33 | 104 822.29 | 568 |
Böyük Britaniya | 130 604.90 | 73 435.95 | 562,3 |
Yunanıstan | 94 445.69 | 52 588.25 | 556,8 |
İrlandiya | 25 316.45 | 12 426.28 | 490,8 |
Türkiyə | 8 641.65 | 4 228.79 | 489,4 |
// APress.az