Azərbaycan yanvarda 21 mln. dollarlıq qızıl ixrac edibbackend
İqtisadiyyat

Azərbaycan yanvarda 21 mln. dollarlıq qızıl ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycan 21,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici sıfır səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 211,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 74,3% çoxdur.

// APress.az