Azərbaycana gətirilən 8,3 ton “Roshen” karameli yararsız çıxdıbackend
İqtisadiyyat
33

Azərbaycana gətirilən 8,3 ton “Roshen” karameli yararsız çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baxış keçirilib.

APress.az xəbər verir ki, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib.

İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8.3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.