Bu ilin yanvar ayında Azərbaycana 645 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib.
Bu miqdarda nəqliyyat vasitələrinin idxal dəyəri 7,1 milyon ABŞ dolları olub.
Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 150 ədəd və ya 30,3% artıb, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da 20,1% azalıb. Belə ki, ötən ilin ilk ayında Azərbaycana 645 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib ki, bunun da idxal dəyəri 8,9 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycana idxal olunan bir ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsinin orta qiyməti 11 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 7 min ABŞ dolları və ya 38,9% ucuzdur. Ötən ilin yanvarında bu qiymət 18 min ABŞ dolları idi.
Qeyd edək ki, bu ilin ilk ayında Azərbaycana 7,6 min ədəd avtomobil idxal edilib ki, bunun da idxalına çəkilən xərcin dəyəri 139 milyon ABŞ dolları təşkil edib.
// APress.az