Azərbaycanda 195 min məntəqədə quraşdırılan elektrikdoldurma cihazının sayı AÇIQLANIBbackend
İqtisadiyyat

Azərbaycanda 195 min məntəqədə quraşdırılan elektrikdoldurma cihazının sayı AÇIQLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi çərçivəsində 12 sahibkar və “Azərişıq” ASC tərəfindən 195 məntəqədə 430 elektrikdoldurma cihazı quraşdırılıb.

Bunu bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında Komissiyanın rəhbəri Vüsal Şıxəliyev bildirib.

O bildirib ki, bu addım elektrik nəqliyyat vasitələrinin geniş yayılması üçün vacib infrastrukturun formalaşmasına töhfə verib.

“Bu elektrikdoldurma cihazları vahid platformada birləşdirilməlidir ki, istifadəçilər üçün daha rahat və əlçatan olsun,” – deyə V. Şıxəliyev əlavə edib.

// APress.az