Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏKbackend
İqtisadiyyat
1056

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

APress.az xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya layihəsi” bu ilin sentyabrında işə düşəcək. Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlüklə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Siğorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə – ailələr və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır. Həssas ailələr üçün müvəqqəti pul ödənişləri indiyədək mövcud olan sistem üzərindən həyata keçiriləcək.
Layihəyə əsasən ehtiyacı olanlar bununla bağlı onlayn müraciət edəcəklər. Bundan sonra həmin şəxslərin maddi və məişət şəraiti yoxlanılacaq. Bu layihə çərçivəsində 47 min ailəyə 3 ay müddətində ayda 225 manat (132 dollar) ödəniş veriləcək. /Fed.az