Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.
APress.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.
Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.