“Azərbaycanda aqrar sektorun inkişafı üçün münbit şərait mövcuddur”backend
Sahibkar
972

“Azərbaycanda aqrar sektorun inkişafı üçün münbit şərait mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda qeyri-neft sektorunun tərəqqisi aqrar sektorun inkişafı ilə bilavasitə bağlıdır. Azərbaycan münbit torpaqları, meyvə-tərəvəz yetişdirilməsi və becərilməsi baxımından əlverişli şəraiti bu sahənin inkişafına zəmin yaradır”.

Bu sözləri SOSİUM.az-a açıqlamasında “Agro Mix” şirkətinin direktoru Gülpəri Bayramova söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın ixrac məhsulları sırasında neft-qaz sektorundan sonra ikincilik aqrar sektorun payına düşür: “Fındıq ixracına görə, dünyada ilk dördlükdə yer alırıq. Pomidor ixracı baxımından da regionda mühüm ölkələrdən sayılırıq. Bütün bunlar bizim qarşımızda geniş imkanlar açır və biz bu imkanlardan yüksək səviyyədə istifadə etməliyik. İlk növbədə məhsulların qablaşdırılması, dizayn olunması, məhsulların saxlanma yerlərinin artırılması, icxracyönlü məhsulların strategiyasının hazırlanması, bazar araşdırılması, marketinq tədqiqatları, peşəkar satış bacarıqlarının artırılması, xarici tərəfdaşlarla əlaqələrin gücləndirilməsi həyata keçirilməlidir. Belə olarsa ölkəmizə daha çox valyuta cəlb edə və eyni zamanda enerji daşıyıcılarından olan asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilərdik”.

Şirkət rəhbəri qeyd edir ki, əsas diqqət “Made in Azerbaijan” brendinin təşviqinə yönəlməlidir: “Bu yeni iş yerlərinin açılımasına, məşğulluğun artmasına, paytaxtın artıq yükdən xilas olmasına və regionlarımızın inkişafına gətirib çıxara bilər. Fermerləri narahat edən əsas məqamlardan biri də ixrac zamanı məhsulların dəyərinin ödənilməsi ilə bağlı ortaya çıxan narahatlıqlardır. İxrac əməliyyatları zamanı gömrük, vergi sistemində şəffaflığın təmin olunması, kreditləşmənin həyata keçirilməsi, bank kreditlərinin və subsidiyaların artırılması mühüm amillərdəndir. Bu addımlar kənd təsərrüfatı sahəsinin inkişafına təkan verməklə bərabər, kənd təsərrüfatı sektoruna ölkə miqyasında marağın artmasına səbəb olacaq” – deyə Bayramova fikrini yekunlaşdırır.

// SOSİUM.az