Azərbaycanda avtomobillər BAHALAŞDI – YENİ QİYMƏTLƏRbackend
İqtisadiyyat
418

Azərbaycanda avtomobillər BAHALAŞDI – YENİ QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyulunda Azərbaycanda minik avtomobilləri illik müqayisədə 2,4 faiz bahalaşıb. Ötən ilin iyulunda minik avtomobillərinin qiyməti 0,6 faiz azalmışdı.

Sfera.az bildirir ki, 2021-ci ilin iyulunda satışa çıxarılan avtomobillərin orta qiyməti 35 681 manat olub. Ötən ilin iyulunda orta qiymət 34 861 manat idi. Bir il ərzində minik avtomobilləri 820 manat bahalaşıb.
Avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb. Bu ilin iyulunda ehtiyat hissələrinin orta qiyməti 2,9 faiz yüksəlib. Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.
Bahalaşma avtomobillərin təmir xidmətlərində də müşahidə edilib. İyulda təmir xidməti xərcləri 3,6 faiz artıb.