Azərbaycanda bələdiyyə seçkiləri gələn ilin əvvəli KEÇİRİLƏCƏKbackend
Cəmiyyət
264

Azərbaycanda bələdiyyə seçkiləri gələn ilin əvvəli KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməyəcək. Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. İlin bitməsinə 60 gündən az qalsa da, seçkilər təyin olunmayıb.

Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.

Belə olanda halda bələdiyyə seçkilərinin 2025-ci ildə keçiriləcəyi gözlənilir.

Modern.az-a  istinadən, Apress.az xəbər verir ki,   Milli Məclisin Regional məsələlər komitəsini üzvü Kamran Bayramov bildirib ki, bələdiyyə seçkilərində 685 bələdiyyə iştirak edəcək:

“Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ən azı 60 gün əvvəl seçki gününü elan etməlidir. Bu baxımdan bələdiyyə seçkiləri gələn ilin əvvəlində keçiriləcək. Seçkilərdən öncə də bələdiyyələrin fəaliyyətinin, potensialının gücləndirilməsi istiqamətində həm institusional, həm də qanunvericilik tədbirləri görülüb. Məlum olduğu kimi bələdiyyələrin birləşdirilməsinə start verilib. Hazırda bələdiyyələr birləşir. Bələdiyyələrin sayının 1606-dan 685-ə endirilməsi nəzərdə tutulur. Qarşıdakı seçkilər məhz yeni formalaşmış bələdiyyələrə keçiriləcək. Yəni seçkidə 685 bələdiyyə iştirak edəcək və onların yeni tərkibləri formalaşacaq”.

Deputat bələdiyyələrə qrantların verilməsi tarixindən də danışıb:

 

“Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. “Qrant haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq, ilk oxunuşda qəbul olunub. Həmin qanunun seçkilərə aidiyyəti yoxdur. Qanunun qəbul olunması proseduru, müddətləri var. Üç oxunuşdan keçdikdən sonra qanun imza üçün cənab Prezident İlham Əliyevə təqdim olunacaq. Qanun imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minəcək. Bu o deməkdir ki, bələdiyyələr seçkilərin keçirilib-keçirlməməsindən asılı olmayaraq, qanun qüvvəyə minəndən sonra yararlana biləcəklər”.