Azərbaycanda benzin BAHALAŞDIbackend
İqtisadiyyat
426

Azərbaycanda benzin BAHALAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

 

Unikal.org xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

 

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

 

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

 

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi.