Azərbaycanda benzinin qiyməti niyə bahalaşır? – AÇIQLAMAbackend
İqtisadiyyat
488

Azərbaycanda benzinin qiyməti niyə bahalaşır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda benzinin qiyməti yenidən bahalaşıb. Belə ki, “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,45 AZN olub. Bu il benzinin müxtəlif markalı növlərində davamlı artım müşahidə olunur.

Bəs görəsən bu qiymət artımının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadçı Rəşəad Həsənov cavablayıb. O bildirib kİ, “Aİ-95” və “Aİ-98” markalı yəni lüks kateqoriyaya daxil olan benzin növlərinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir:

“Normalda bu qiymətlər bazarda formalaşmalıdır. Təbii ki, maya dəyərinin artması qiymət artımına təsir edən ən ciddi səbəbdir. Çünki bu məhsullar Azərbaycanda istehsal olunmur və ölkəyə idxal olunur. Dünya bazarında neftin qiymətinin bahalaşması maya dəyərinin artmasına gətirib çıxarır. Yay mövsümündə də qiymətlər mövsümlə əlaqəli qalxır. Çünki turizmlə əlaqəli olaraq aviasiya sənayesində benzinə olan tələb artır. Bütün bunlar qiymət artımına gətirib çıxarır”.

İqtisadçı bildirib ki, bazarda rəqabətli mühitin olmaması da prosesə təsir edir:

“Bu benizini ölkəyə yalnız bir şirkət gətirir. Bu şirkət istədiyi qiymətləri diqtə edə bilir. Azərbaycanda bütün yanacaqdoldurmaq məntəqələrində benizinin qiyməti eyni anda qalxır. Sanki bu Tarif Şurası tərəfindən tənzimlənir. Bunun səbəbi də bazar iştirakçılarının olmaması ilə bağlıdır. Beləliklə müvafiq məhsulların qiymətində inhisarçı mövqe müşahidə edilir”.