Azərbaycanda bəzi dövlət işçiləri onlayn iş rejiminə keçibbackend
KOB

Azərbaycanda bəzi dövlət işçiləri onlayn iş rejiminə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda yağan güclü qar səbəbindən Azərbaycanın bir sıra dövlət qurumlarının bəzi əməkdaşları işlərini onlayn rejimdə davam etdirirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərar qəbul edilib və əməkdaşlara bu barədə məlumat verilib.

Onlayn rejimdə işləyənlər əsasən elm və təhsil, nəqliyyat, iqtisadiyyat, mədəniyyət sahələrində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarıdır. Qarın yaratdığı çətinlikləri nəzərə alaraq, bəzi işçilərə evdən işləmək imkanı yaradılıb.

Nazirliklərin və digər dövlət qurumlarının əsas əməkdaşları adi qaydada işlərini davam etdirirlər.

Qeyd edək ki, paytaxt yollarında nəqliyyatın hərəkətində müəyyən çətinliklər müşahidə edilir. Əksər universitetlərdə dərslərin onlayn qaydada davam etdirilməsi barədə qərar qəbul edilib.

// APress.az