2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.
APress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.
// APress.az