Azərbaycanda ictimai iaşə dövriyyəsi 40 milyon manatdan çox artıbbackend
İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi 40 milyon manatdan çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187,9 milyon manat olub.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41 milyon manat və ya 21,2 faiz çoxdur.

2024-cü ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 146,9 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ay özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq 93,6 milyon manat olub.

// APress.az