Azərbaycanda ilk devalvasiyadan 10 il keçir – Dollar neçəyə idi?backend
İqtisadiyyat

Azərbaycanda ilk devalvasiyadan 10 il keçir – Dollar neçəyə idi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2015-ci ilin fevralın 21-də Azərbaycanda baş verən ilk devalvasiyadan 10 il keçir.

10 il əvvəl fevralın 21-də dolların manata qarşı olan rəsmi məzənnəsi 33,55 faiz artırılaraq 1,05 manata çatdırılmışdı. Bir gün əvvəl dolların manata qarşı olan məzənnəsi 0,7862 manat idi.

Devalvasiyaya səbəb neft qiymətlərinin 2014-cü ildən kəskin şəkildə enməsi və aşağı qiymətlərin uzun müddət qalacağına dair qənaətin formalaşması ilə bağlı idi. Neftin ucuzlaşması 2015-ci ildə daha da dərinləşdiyindən Mərkəzi Bank məcbur olub bir daha ilin sonunda dolları bahalaşdırdı. Dolların bahalaşması Azərbaycanda dollarla yığımları artırdı, banklarda depozitlərin həcmini azaltdı, kredit qoyuluşu minimuma düşdü.

Dolların bahalaşması həm də 2016 və 2017-ci illərdə inflyasiyanın yüksəlməsinə səbəb oldu. Məzənnədə sabitlik yalnız 2017-ci ildə neftin qiymətinin yüksəlməsindən sonra təmin edildi.

// APress.az