Azərbaycanda koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıbbackend
Təhsil
392

Azərbaycanda koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İndiyə qədər Azərbaycanda 25 min 370 şagird, 15 min 128 işçi heyəti koronavirus infeksiyasına yoluxub”.

APress.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Rüstəm Ağayev bildirib. O qeyd edib ki, Bakı şəhərində 33 min 291, Sumqayıtda isə 2 min nəfərə yaxın işçi heyəti vaksinasiyaya cəlb olunub. Ölkə üzrə təhsil işçilərinin vaksinasiyaya cəlb olunması üzrə Qazax, Yardımlı,  Astara, Neftçala və sair rayonlar vaksinasiya üzrə lider rayonlardır.

“Respublika üzrə ümumtəhsil müəssisələrində ümumilikdə 137 min nəfər – 61 faiz hər iki doza vaksin olunub. 162 min nəfər isə yalnız I dozanı alanlardır ki, bu 72 faiz təşkil edir. Ali təhsil müəssisələrində isə 33 min heyət üzvü hər iki doza vaksin olunub. Biz başa düşməliyik ki, ənənəvi təhsilə qayıtmalıyıq. Çıxış yolu isə vaksinasiyadır”.