Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qanun layihəsi hazırlanırbackend
Manşet

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qanun layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni qanun layihəsi hazırlanır.

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev deyib.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı haqqında qanun 2015-ci ildə qəbul edilib:”Bu günə qədər müəyyən dəyişikliklər və əlavələr olub. Ancaq tam olaraq bazarın tələblərinə, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikasını aparırıq. Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA-da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır. Qanun yenilənməsi qısa zamanlı iş deyil. Proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq qanunvericilik hazırlanacaq”- Murad Yəhyayev əlavə edib.

// APress.az