Avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verməsini bildirib.
APress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini H.Əsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb.