Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıbbackend
Maliyyə

Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələrvə fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar ayında 18,4 milyonton yük və 157,2 milyon sərnişin daşınıb. 2024-cü ilin yanvar ayıilə müqayisədə, yük daşınması 5,5%, sərnişin daşınması isə 7,9%artıb.

Hesabat ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusiçəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 138,1 milyon sərnişindaşınıb ki, bu da illik müqayisədə 8,4% çoxdur.

Dövr ərzində taksi xidmətlərindən istifadə edən sərnişinlərinsayı 5,9 milyon nəfər olub ki, bu da illik ifadədə 0,5% azalmademəkdir. Həmçinin, hesabat dövründə avtobuslardan istifadəedənlərin sayı isə132,3 milyon nəfət təşkil edib ki, bu da 2024-cüilin yanvar ayındakı göstərici ilə müqayisədə 8,8% çoxdur.

2024-cü ildə isə ölkədə nəqliyyat sektorunda daşımalarınhəcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3milyon ton yük, 127,5 milyon sərnişin daşınmışdı ki, bu da əvvəlkiilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7% və 5,9% artımdeməkdir. Ötən il sərnişinlərin 95,4%-i avtobus, 4,6%-i isə miniktaksilərinin xidmətlərindən istifadə etmişdi.

Beləliklə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilinyanvarında ölkədə avtobusdan istifadə artıb, taksidən istifadə isəazalıb.

2025-ci ilin yanvar ayında sərnişinlərin ən çox istifadə etdiyinəqliyyat vasitələrininin siyahısını təqdim edirik:

Nəqliyyat növləri Sərnişin sayı, min nəfər
Dəmir yolu

713,7
Dəniz 2,7
Hava 303,0
Metro 17 984,4
Avtomobil 138 159,8
Avtobus 132 277,9
Taksi 5 881,9

// APress.az