Azərbaycanda ulduz sertifikatı verilən hotellərin sayı AÇIQLANDIbackend
İqtisadiyyat

Azərbaycanda ulduz sertifikatı verilən hotellərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir və ölkə üzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verilib.

Bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) 6-cı Baş Assambleyasında çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Regionlar üzrə monitorinqlərin başlanacağını qeyd edən Kənan Quluzadə ilkin mərhələdə Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində monitorinqlərin aparılacağını, təxminən 160-dan çox yerləşmə müəssisəsi üzrə monitorinqlərin keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, tədbir 2024-cü il ərzində görülən işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, hotelçilik sənayesinin təmsilçiləri və digər turizm assosiasiyalarının rəhbərləri iştirak ediblər.

// APress.az