Azərbaycanda yanvar ayı üzrə 5,5 milyard manatlıq sənaye məhsulu istehsal edilibbackend
İqtisadiyyat

Azərbaycanda yanvar ayı üzrə 5,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 5,5 milyard manatlıq və ya 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilib.

Məlumata görə, məhsul istehsalı neft-qaz sektorunda 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.

Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma, 31,9 faizi emal, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,4 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

// APress.az