Ötən ay Azərbaycanla MDB ölkələri arasında 556 milyon 453 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.
Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 33,57%-ni təşkil edib.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 411 milyon 812 min ABŞ dolları (1 il əvvələ nisbətən 55,5% çox), Ukrayna ilə 44 milyon 448 min ABŞ dolları (11,7% az), Belarusla 33 milyon 189 min ABŞ dolları (4,3% az), Türkmənistanla 26 milyon 352 min ABŞ dolları (22% az), Qazaxıstanla 24 milyon 691 min ABŞ dolları (41,6% çox), Özbəkistanla 14 milyon 578 min ABŞ dolları (13,2% çox), Qırğızıstanla 822 min ABŞ dolları (88,5% az), Moldova ilə 418 min ABŞ dolları (20,7% az), Tacikistanla 136 min ABŞ dolları (52,8% çox) olub.
Ay ərzində Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 19,5% artaraq 120 milyon 234 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 81 milyon 145 min ABŞ dolları (illik müqayisədə 7,3% çox), Ukraynaya 22 milyon 762 min ABŞ dolları (9,4 dəfə çox), Belarusa 4 milyon 723 min ABŞ dolları (31,1% az), Türkmənistana 3 milyon 4 min ABŞ dolları (25,1% az), Qazaxıstana 5 milyon 693 min ABŞ dolları (68,4% çox), Özbəkistana 2 milyon 612 min ABŞ dolları (31,5% çox), Qırğızıstana 91 min ABŞ dolları (98,5% az), Moldovaya 107 min ABŞ dolları (36,7% az), Tacikistana 93 min ABŞ dolları (ötən ilin yanvar ayında ixrac olmayıb) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 3,95%, o cümlədən Rusiya 2,67%, Ukrayna 0,75%, Türkmənistan 0,10%, Belarus 0,15%, Qazaxıstan 0,19%, Özbəkistan 0,09%, Qırğızıstan, Moldova, Tacikistan isə cüzi paya sahib olub.
Yanvar ayında Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 35,9% artaraq 436 milyon 219 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 330 milyon 667 min ABŞ dolları (74,8% çox), Ukraynadan 21 milyon 686 min ABŞ dolları (54,8% az), Belarusdan 28 milyon 466 min ABŞ dolları (2,3% çox), Türkmənistandan 23 milyon 348 min ABŞ dolları (21,5% az), Qazaxıstandan 18 milyon 998 min ABŞ dolları (35,1% çox), Özbəkistandan 11 milyon 966 min ABŞ dolları (9,8% çox), Qırğızıstandan 731 min ABŞ dolları (20,5% az), Moldovadan 311 min ABŞ dolları (13,1% az), Tacikistandan 43 min ABŞ dolları (51,7% az) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 21,25%, o cümlədən Rusiya 16,11%, Ukrayna 1,06%, Türkmənistan 1,14%, Belarus 1,39%, Qazaxıstan 0,93%, Özbəkistan 0,58%, Qırğızıstan 0,04%, Moldova 0,02%, Tacikistan isə cüzi paya sahib olub.
// APress.az