Bu ilin yanvar ayında Azərbaycandan ixrac edilmiş pambıq lifinin miqdarı 6,5 min ton olub.
Bu miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 9,3 milyon ABŞ dolları olub.
Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 594 ton və ya 8,3%, dəyər ifadəsi ilə 1,3 milyon ABŞ dolları, yaxud da 12,3% azalıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilən pambıq lifinin miqdarı 7,1 min ton, dəyəri isə 10,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ay ixrac edilən pambıq lifinin ümumi ixracda payı 0,31%, qeyri-neft sektoru üzrə ixracda payı isə 3,78% olub.
// APress.az