Azərbaycanın təsdiq olunmuş neft və qaz ehtiyatlarının həcmi açıqlanıbbackend
İqtisadiyyat
305

Azərbaycanın təsdiq olunmuş neft və qaz ehtiyatlarının həcmi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.

Bu barədə “Report” BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2019-cu ilin sonuna olan göstərici ilə eynidir.

Hesabata əsasən, 2000-ci ilin sonuna ölkənin neft ehtiyatlarının göstəricisi 1,2 milyard barel təşkil edib.

2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.

BP-nin dünya energetikası üzrə statistik icmalına əsasən, bu da daha əvvəlki ilin göstəricisinə bərabərdir. 2000-ci ilin sonunda bu göstərici 1 trilyon kubmetr təşkil edib.